Xəbər lenti

Ramiz Mehdiyevin oğlu Kəmaləddin Heydərovun müavini təyin edildi - SƏRƏNCAM
Ölkə11:10 05.05.2014

Ramiz Mehdiyevin oğlu Kəmaləddin Heydərovun müavini təyin edildi - SƏRƏNCAM

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Prezident İlham Əliyev Teymur Ramiz oğlu Mehdiyevə general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam verib. 

Qaynar.info xəbər verir ki, sərəncama görə, Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini Teymur Ramiz oğlu Mehdiyevə general-mayor ali hərbi rütbəsi verilib.

Həmçinin prezidentin digər sərəncamı ilə Teymur Ramiz oğlu Mehdiyev və Tapdıq Əmiraslanov fövqəladə hallar nazirinin müavini təyin edilib.

Qeyd edək ki, Teymur Mehdiyev Prezident Admistrasiyasının rəhbəri Ramiz Mehdiyevin, Tapdıq Əmirslanov isə Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovun oğludur. 

Qaynar.info