PSJ-nin İspan müdafiəçisi Serxio Ramos illərlə kapitanı olduğu "Real"la Çempionlar Liqasında qarşılaşacaqları matç haqda fikirlərini bölüşüb.
Qaynarinfo xəbər verir ki, təcrübəli müdafiəçi PSJ-də məqsədlərinin Çempionlar Liqasının kubokunu başları üzərinə qaldırmaq olduğunu bldirib və bunları söyləyib:
"Başqa bir komanda ilə oynamaq istərdim, amma yenidən "Santyaqo Bernabeu"da oynayacağım üçün xoşbəxtəm. Mən artıq PSJ-dəyəm və "Real"a qarşı da olsa komandam üçün ölümünə vuruşacağam. Bir gün "Real"a qarşı oynayıb qol vursam, əsla sevinmərəm. Qələbəyə də sevinə bilmərəm. "Real" mənim evim, ailəmdir".
Səbuhi Həsənov