Xəbər lenti

Ramzan Kadırov vəzifəsindən gedir
Dünya12:45 27.02.2016

Ramzan Kadırov vəzifəsindən gedir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çeçenistan prezidenti Ramzan Kadırov tutduğu vəzifədə onun zamanının başa çatdığını və dövlətin başqa adam tapmalı olacağını bildirib.

Virtualaz.org xəbər verir ki. bu gün, fevralın 27-də, Rusiyanın NTV telekanalının “Mərkəzi televiziya” verilişinə müsahibəsində Kadırov qeyd edib ki, onun “vaxtı çatıb”.

“Düzünü desəm, mən işimi görürəm və məndə bu günə kimi alınırdı. Amma mənim adımdan xalqıma qarşı istifadə etməkdən söhbət gedirsə, hesab edirəm ki, dövlət başqa adam tapmalıdır. Mən deyirəm – vaxtım bitib. Bizim komandada varislər çoxdur, yaxşı mütəxəssislər var”, - Kadırov belə deyib.

Çeçenistan prezidenti qeyd edib ki, hər bir insanın həddi var: “Bu zirvədir. Bax bu, Kadırov üçün zirvədir”.

Qaynar.info