Xəbər lenti

Rayona "mavi" bələdiyyə sədri seçilə bilər
Dünya07:55 12.09.2013

Rayona "mavi" bələdiyyə sədri seçilə bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyədə ilk homoseksual bələdiyyə sədri Giresun vilayətindəki Bulancak rayonunda seçilə bilər.
 
Milli.Az Milliyet-ə istinadən bildirir ki, "mavi" olduğunu açıq etiraf etmiş Can Çavuşoğlu Bulancaq bələdiyyə sədri postuna keçirilən seçkilərə namizəd qismində qatılıb.
 
ABŞ-dakı Qərbi Florida Universitetinin marketinq fakültəsində oxuyan C.Çavuşoğlu deyib: "Məndəki dünyagörüşü, bilik, bacarıq çox az adamda var. Bulancağa amerikalı investorları yalnız mən gətirə bilərəm. Subayam, maddi durumum əladır.
 
Yəni rüşvətə, çirkin işlərə, qohumları işə düzəltməyə ehtiyacım yoxdur. Heç bir partiya, dini qruplaşmalarla əlaqələrim yoxdur. Gəlin, Türkyənin ilk homoseksual bələdiyyə sədrini seçək".

Qaynar.info