Xəbər lenti

REAL Hərəkatı siyasi partiyaya çevrilir - AÇIQLAMA
Siyasət08:31 14.10.2013

REAL Hərəkatı siyasi partiyaya çevrilir - AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
REAL Hərəkatı siyasi partiyaya çevrilməklə bağlı qərar verib.

Bu barədə məlumatı Qaynar.info saytına REAL İdarə Heyətinin üzvü, politoloq Azər Qasımlı verib.

Azər Qasımlı bildirib ki, bu haqda qərarı Millin Şuranın 12 oktyabr mitinqindən sonra veriblər: "İdarə Heyəti olaraq bir necə ciddi məsələni müzakirə etdik. Ölkədə yaranan vəziyyət və REAL-ın atacağı addımlar müakirə olundu. Bu gün bizim bəyanatımız çıxacaq. REAL-ın seçkiyə münasibəti bəyanatda öz əksini tapacaq. Partiyalaşmayla bağlı da müzakirələr oldu və məsələ səsverməyə qoyuldu. Səsvermənin nəticəsi olaraq qərara alındı ki, REAL partiyaya çevrilsin və bununla bağlı təşkilatı işlər başlasın. İrəlidə daha bir iclasımız olacaq ki, texniki məslələri müzakirə edib daha konkret qərarlar verəcəyik. Amma partiyaya çevrilmə qərarı artıq verildi".

Azər Qasımlı onu da qeyd edib ki, partiya strukturu ölkəmizdə fəaliyyət göstərən siyasi təşkilatların ənənəvi strukturu kimi olmayacaq: "Sosial rekrutinq, təhlükəsizlik, effektivlik, kollektiv qərarvermə mexanizmi- qurulacaq partiyanın əsas struktur prinsipləri olacaq. Təbii ki, bölgələrdə də təşkilatlar olacaq, amma strukturları və fəaliyyət istiqamətləri tamam fərqli olacaq.

Bircə onu deyə bilərəm ki, yaxın zamanlarda partiyaya çevrilməklə bağlı təşəbbüs qrupu yaradılacaq, proqramımız açıqlanacaq, saytımız işinə başlayacaq".

Azər Qasımlının sözlərinə görə, partiyaya keçməklə bağlı İlqar Məmmədovun da öz təklifləri olub: "Təbii ki, İlqar bəyin təklifləri var. Bütün təkliflər və fikirlər müzakirə olunub. İrəlidə yenə müzakirələr olacaq. Partiyalaşma qərarı yekdilliklə verilib. O ki, qaldı partiyanın adıyla bağlı məsələyə, bu hələ müzakirə olunmayıb. Dediyim kimi bu kimi məsələlər gələn iclasda müzakirə olunacaq".

Elkin Xəlilov
Qaynar.info