Xəbər lenti

İdman 19:02 06.08.2026

"Real Madrid" 125 milyon avroluq transferi açıqladı

İspaniyanın "Real Madrid" klubu heyətini yeni futbolçu ilə gücləndirib. 

Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi Almaniyanın "Leyptsiq" komandasında çıxış edən Kot-d'İvuar millisinin üzvü Yan Diomandeni rənglərinə bağlayıb.

Transferin dəyəri 125 milyon avro təşkil edir. Müqavilədə nəzərdə tutulan bonuslarla birlikdə bu məbləğ daha 15 milyon avro arta bilər. 19 yaşlı hücumçu ilə 2033-cü ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalanıb.

Diomande ötən ilin yayında İspaniyanın "Leqanes" klubundan "Leyptsiq"ə keçmişdi. Gənc futbolçu Almaniya təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 36 matçda meydana çıxıb, 13 qol vurub və 10 məhsuldar ötürmə edib.

Kot-d'İvuar millisində də çıxış edən Diomande indiyədək yığmanın heyətində 14 oyunda forma geyinərək 3 qol və 1 assistlə yadda qalıb. O, 2026-cı il dünya çempionatında 4 görüşdə iştirak edib və turnirdə bir dəfə rəqib qapısına yol tapıb.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->