Xəbər lenti

İdman 15:32 06.12.2023

"Real Madrid"un ulduzu AVRO-2024-ü buraxacaq

"Real Madrid"in qapıçısı Tibo Kurtua kluba bildirib ki, Belçika millisi ilə AVRO-2024-ə getməyəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə "Radio MARCA" məlumat yayıb.

Kurtua bu qərarı zədəsini daha yaxşı sağaltmaq səbəbi ilə verib. O, Madriddə qalacaq və "Real Madrid”in qapıçılar üzrə məşqçisi Luis Llopislə çalışacaq.

Bu ilin avqustunda Kurtuanın dizindəki çarpaz bağlar yırtılıb və bu da onu uzun müddət sıradan çıxarıb.

Qeyd edək ki, Almaniyada keçiriləcək AVRO-2024-də Belçika E qrupunda yer alacaq və rəqibləri Rumıniya və Slovakiyadır. Daha bir yığma Millətlər Liqasının play-off oyunları sonrası bəlli olacaq. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->