Xəbər lenti

İdman 19:53 12.12.2025

"Real Madrid" Vinisiusa ultimatum verdi

"Real Madrid" braziliyalı qanad oyunçusu Vinisius Junior ilə yeni müqavilə üzrə danışıqlarda mövqeyini sərtləşdirib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Madrid Zone" yazıb.

"Real Madrid" rəhbərliyi hücumçuya ultimatum verib, çünki klub artıq əvvəllər müzakirə edilən müqavilənin maliyyə şərtlərini yaxşılaşdırmaq niyyətində deyil. Vinisiusdan ya müqaviləni artıq təklif olunan şərtlərlə imzalaması, ya da 2026-cı ilin yayında transfer siyahısına daxil edilməsi istənilib.

26 yaşlı braziliyalı hücumçu bu mövsüm bütün yarışlarda 22 oyun keçirib, 5 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun hazırkı müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir. Razılaşma əldə olunmazsa, Vinisiusun növbəti hədəfinin Səudiyyə Ərəbistanı olacağı gözlənilir.

Aydın


 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->