Xəbər lenti

"Real"ın çempion olacağını deyən deputat: "Daha futboldan danışmayacam"
Ölkə11:48 02.07.2018

"Real"ın çempion olacağını deyən deputat: "Daha futboldan danışmayacam"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Məclisin deputatı Azər Badamovun Rusiyada keçirilən dünya çempionatında İspaniyanın "Real” (Madrid) klubuna azarkeşlik edəcəyini və bu klubun dünya çempionu olacağını deməsi ciddi ajiotaj yaratdı.
Bəs görəsən millət vəkili Azər Badamov qarşıdakı mərhələdə hansı komandaya azarkeşlik edəcək.
Qaynarinfo xəbər verir ki, azxeber.com məsələ ilə bağlı Milli Məclisin deputatı Azər Badamovu danışdırıb. Portalımıza açıqlamasında millət vəkili bildirib ki, o bundan sonra heç bir komandaya azarkeşlik etməyəcək: "Mən demişdim ki, "Real”ın əsas heyəti İspaniya millisində oynayır və bu səbəbdən ispanlara azarkeşlik edirəm. Bunu başqa cür təqdim etdilər. Daha futboldan danışmayacam”.
"Bəs sizin növbəti favoritiniz kimdir” sualına cavabında isə millət vəkili söylədi ki, "Mənim favoritim Azər Niftiyevdir”.