Xəbər lenti

Referendum başa çatdı: Krım qərarını verdi - ŞOK
Dünya19:42 16.03.2014

Referendum başa çatdı: Krım qərarını verdi - ŞOK

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Krımın statusu üzrə keçirilən referendum başa çatıb.

"Axar.az" xəbər verir ki, referendumda seçicilərin 85 faizi iştirak edib.

Respublika Siyasi və Sosioloji Araşdırmalar İnstitutunun məlumatına görə, referendumda iştirak edən seçicilərin 93 faizi Krımın Rusiya ilə birləşməsinin lehinə səs veriblər.

Seçicilərin 7 faizi isə Krımın Ukraynanın tərkibində qalmasının tərəfdarıdır.

Qeyd edək ki, referendum keçirilən ərəfədə bir çox hökumət binalarında Rusiyanın bayrağı qaldırılmışdı.

Qaynar.info