Xəbər lenti

Rəisi hakimiyyətinin bir ili: İran şəhərlərini aksiyalar bürüdü (VİDEO)
Dünya16:59 18.06.2022

Rəisi hakimiyyətinin bir ili: İran şəhərlərini aksiyalar bürüdü (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün İranın bir çox şəhərlərində ticarətçilər və mağaza sahibləri öz obyektlərini bağlayıb və hökumətə qarşı şüarlarla etiraz aksiyaları keçiriblər.
Qaynarinfo bu barədə Azadlıq Radiosunun fars bəlməsinə istınadən xəbər verir.
Aksiyaçılar paytaxt Tehranın Qapalı bazarı, Millat küçəsi yaxınlığındakı mağazalarını bağlayaraq, ölkə iqtisadi və sosial problemlərə etiraz ediblər.
Videolarda təhlükəsizlik qüvvələrinin aksiyaları dağıtmaq üçün hazır vəziyyətdə olduğu görünür. 
Bəzi sosial şəbəkə istifadəçiləri təhlükəsizlik qüvvələrinin tətil iştirakçılarının mağazalarını atəşə tutduğunu və bəzi mağaza sahiblərini obyektləri açmağa məcbur etdiyini bildiriblər.
Paytaxt Tehranla yanaşı İranın digər şəhərlərində, o cümlədən İsfahan, Yəzd, Hindican, Kuh Kəngan, Abadan, Bəndər Abbas, Şuş və Şuştərdə mağaza sahibləri aksiyalara qoşulub.
Qeyd edək ki, bu gün korrupsiya ilə mübarizə, perspektivli həll yolları və digər iqtisadi problemlərlə mübarizə şüarı ilə vəzifəyə başlayan, verdiyi vədlərin heç biri yerinə yetirməyən prezident İbrahim Rəisinin seçkilərdə qələbəsinin birinci ildönümüdür.
M.Arif