
Rus alimləri ürək üçün qeyri-məhdud ömürlü ən müasir süni bio-klapan hazırlayıb.
Qaynarinfo rus mediasına istinadla xəbər verir ki, bu bənzərsiz kəşfin yaradıcıları analoqsuz olduğunu deyiblər.
Ürək üçün bio-klapanın yaradılması "Kardiotexnika” şirkətinin və Rusiya Elmlər Akademiyasının Nəzəri və Eksperimental Biofizika İnstitutunun əməkdaşları tərəfindən birgə həyata keçirilib. Cihaz oxşar cihazlardan təkmilləşdirilmiş performansıyla fərqlənir. Beləliklə, onun quraşdırılması əməliyyatından sonra xəstənin dərman qəbul etməsinə ehtiyac yoxdur. Bundan əlavə, bio-klapanın işləmə müddəti qeyri-məhduddur.
Klapanın yaradıcılarının sözlərinə görə, ixtiraları 6-12 illik istifadədən sonra dəyişdirilməsi lazım olan ənənəvi implantlardan fərqli olaraq köhnəlmir və iltihab yaratmır. Bio-klapan hər yaşda quraşdırmaq üçün əlverişlidir, bədən tərəfindən rədd edilməyə səbəb olmur, əksinə klinik sınaqların nəticələrində göstərildiyi kimi, quraşdırıldıqdan sonra sağlamlıq vəziyyəti yaxşılaşır.
Alpər