Xəbər lenti

Reks Tillerson: "Kim məni əsəbiləşdirir"
Dünya14:37 20.02.2018

Reks Tillerson: "Kim məni əsəbiləşdirir"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ xarici işlər naziri Reks Tillerson Şimali Koreya prezidenti Kim Çen Inın onu əsəbiləşdirdiyini deyib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə CBS-də yayımlanan "60 dəqiqə" verilişində çıxışı zamanı danışıb. Nazir bildirib ki, Kimin amerikalıları təhdid etməsi qəbuledilməzdir. Tillerson həmçinin Şimali Koreyaya qarşı sanksiyaların artırıldığını və iqtisadiyyatına böyük zərbələr vurduqlarını deyib.
Qeyd edək ki, Kim Çen In çıxışında ABŞ torpaqlarının Şimali Koreyanın atış mənzilində olduğunu söyləmiş və bu səbəbdən də ABŞ-ın heç zaman müharibə başlada bilməyəcəyini demişdi.