Xəbər lenti

Rəna Abbasova ABŞ-da yüksək vəzifəyə təyin olundu (FOTO)
Dünya06:10 09.01.2022

Rəna Abbasova ABŞ-da yüksək vəzifəyə təyin olundu (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-da yaşayan həmyerlimiz Rəna Abbasova Nyu-York şəhər meriyasının Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri vəzifəsinə təyin olunub.
Qaynarinfo "Report”a istinadən xəbər verir ki, R.Abbasovanı bu vəzifəyə Nyu-Yorkun yeni meri seçilən Erik Adams təyin edib.
Yanvarın 1-də vəzifəsinin icrasına başlayan E.Adams komandasında üç türk yer alıb. Onlardan biri də R.Abbasovadır.
Qeyd edək ki, həmyerlimiz E.Adamsla 2016-cı ildən bu günə kimi - o Nyu-Yorkun Bruklin inzibati rayonunun rəhbəri olduğu vaxtdan birlikdə işləyir.