Xəbər lenti

Rəngini dəyişən yapışqan yaradılıb
Dünya16:31 20.05.2013

Rəngini dəyişən yapışqan yaradılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yaponiyanın "Kokuyo S&T" şirkətinin hazırladığı yapışqan ilkin olaraq qırmızı rəngdədir, lakin yapışdırmadan sonra şəffaf olur.

Yapışqanın rəngli olması sayəsində istifadəçilər detala vuracaqları yapışqanın miqdarını təyin edirlər. Yeni yapışqan artıq bu il mayın sonunda bazara çıxarılacaq.

"ICTnews.az" elektron xəbər xidməti  bildirir ki, "Kokuyo S&T" şirkətini belə yapışqan hazırlamağa insanların çoxsaylı şikayətləri məcbur edib.

Belə ki ənənəvi yapışqan şəffaf olduğundan, bəzən ondan artıq istifadə edilir. Yeni yapışqan işığa reaksiya verir. Quruma prosesindən 10-20 dəqiqə sonra o, tamamilə şəffaf olur.

Qaynar.info