Xəbər lenti

Reper konsertdə pərəstişkarının burnunu sındırdı
Dünya17:09 11.06.2016

Reper konsertdə pərəstişkarının burnunu sındırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Konsert təşkilatçıları ilə qız arasında təzminatla bağlı müzakirələr gedir.

Rusiyanın populyar reperi Timati konsert zamanı pərəstişkarlarından birinin burnunu sındırıb.

ANS PRESS-in məlumatına görə, reper səhnədə çıxışı zamanı əlindəki yarım litrlik pivə butulkasını pərəstişkarlarına doğru atıb. O, nə qədər ehtiyatlı davransa da, butılka rikoşet ilə qızlardan birinin burnuna dəyib.

Hadisə Yekaterinburqda olub. Zərər çəkmiş xanım konserti axıra kimi izləyib.  Konsertin təşkilatçıları burnu sınmış qadına kömək göstərib. Qadın xəstəxanaya yerləşdirilib.

Məlum olub ki, qadının beyin sirkələnməsi olub. Konsert təşkilatçıları ilə qız arasında təzminatla bağlı müzakirələr gedir. Məlumata görə, qadın təşkilatçılardan hələlik heç nə tələb etməyib. Timati bu barədə şərh etməyib. 

Timati ilk dəfə Rusiyada yayımlanan "Fabrika zvyozd 4" (Ulduz fabriki 4) mahnı müsabiqəsində məşhurlaşıb. "Ne sxodi s uma" (Ağlını itirmə), "London", “Devoçka bomba” ("Bomba qız"), “Vse konçaetsya” (Hər şey bitir), "Badımcan" və s. mahnıları ilə populyarlıq qazanıb. Timati Çeçenistanın prezidenti Ramzan Kadırov ilə dostur.  Timati meyxanadan ilhamlandığı "Davay dosvidaniya" adlı klipindən sonra Azərbaycanda da sevilməyə başlayıb.  

Qaynarinfo.az