Xəbər lenti

Rəqqasə Fatimə əsəbiləşdi: “Kiminsə hesabına istirahətə getmirəm” - FOTOLAR
Maqazin06:55 12.05.2016

Rəqqasə Fatimə əsəbiləşdi: “Kiminsə hesabına istirahətə getmirəm” - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rəqqasə Fatimə: “Niyə belə paxılsınız axı?”

Qızı Aydanla birgə Amerikaya istirahətə yollanan rəqqasə Fatimə Fətəliyeva təəssüratlarını bölüşüb. 

Qaynarinfo.az-ın məlumatına görə, fotolarını sosial şəbəkədə paylaşan rəqqasə ona yazılan tənqidlərə əsəbiləşib: “Fikir verirəm əksəriyyətində paxıllıq hissi çox büruzə verir. Necə şərhlər yazırlar... Niyə belə paxılsınız axı? İstirahət etmək eyibdir? Kiminsə hesabına istirahət etmirəm. Öz zəhmətimlə gəlmişəm. Özü də ölkəmizi təmsil etməyə. Kimsə pisdirsə, bunu hamıya aid etməyin. Hər dəfə vaxtım olanda da istirahətə ayırmağa qərar vermişəm. Qəlbinizdə bir az sevgi olsun. Paxıllıqla insan qabağa getmir”.

Qaynarinfo.az