Xəbər lenti

Rəşad Sadıqov: "Futbolçular oyuna çox ciddi yanaşdılar"
İdman19:10 14.07.2023

Rəşad Sadıqov: "Futbolçular oyuna çox ciddi yanaşdılar"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Sevindirici haldır ki, yoldaşlıq oyunu olmasına baxmayaraq, futbolçular matça çox ciddi yanaşdılar".
"Report"un məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Kəpəz"ə 2:1 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
41 yaşlı mütəxəssis nəticənin elə də önəm daşımadığını bildirib: "Əsas olan komandanın göstərdiyi futbol və meydandakı nizam-intizamdır. Futbolçuların məsuliyyətli olması bizi sevindirir. Komandamın çıxışından razı qaldım".