Xəbər lenti

Rəşad Sadıqov: "Olduqca vacib qələbə qazandıq"
İdman15:50 20.02.2022

Rəşad Sadıqov: "Olduqca vacib qələbə qazandıq"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Olduqca vacib qələbə qazandıq".
Bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov evdə "Sabah"a 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVI tur matçından sonra deyib.
40 yaşlı mütəxəssis görüşün çox gərgin keçdiyini bildirib: "Komandamın çıxışı xoşuma gəldi. Bəlkə də çempionatın ən əzmkar komandasına qarşı oynadıq. Matçın ilk hissəsi meydanın mərkəzində keçdi. İkinci yarı isə bizim üçün daha yaxşı alındı"
Sadıqov meydanda mübarizə aparan bütün futbolçuların qəhrəman olduğunu söyləyib: "Hamısının qələbədə rolu var. Hamidu Keyta tam hazır deyil. Buna baxmayaraq xarakter göstərir, sonadək mübarizə aparır. Bu, məni sevindirməyə bilməz".//report.az