Xəbər lenti

Rəşad Sadıqov: “Qarabağ”dakı missiyamı bitmiş hesab edirəm
İdman 14:11 01.01.2026

Rəşad Sadıqov: “Qarabağ”dakı missiyamı bitmiş hesab edirəm

"Zirə” komandasının baş məşqçisi Rəşad Sadıqov "Qarabağ” klubunda məşqçi kimi çalışmaq istəmədiyini bildirib.

Musavat.com xəbər verir ki, Sadıqov bu barədə açıqlamasında danışıb.

O qeyd edib ki, uzun illər "Qarabağ”da çıxış edib və hər zaman üzərinə düşən məsuliyyəti dərk edərək maksimum performans göstərməyə çalışıb:

"O komandanın, o adın yaşaması hər zaman önəmli olub. Bu məsuliyyəti anlayaraq işimizə yanaşdıq və fədakarlıq etdik. Mən özüm üçün ‘Qarabağ’ missiyasının bitdiyini hesab edirəm”.

Rəşad Sadıqov vurğulayıb ki, "Qarabağ” klubuna hər zaman sevgi və hörmətlə yanaşacaq:

"Allah Qurban müəllimə uzun ömür versin. O komandaya məşqçi kimi elə Qurban Qurbanov yaraşır. Onların beynəlxalq arenadakı uğurlarına hər zaman sevinəcəyik”.

Baş məşqçi gələcək planlarından da danışıb. Onun sözlərinə görə, əsas hədəfi legioner həyatı yaşamaqdır:

"Mənim əsas məqsədim xaricdə işləməkdir. Çox istəyirəm ki, Türkiyə Super Liqasında baş məşqçi kimi fəaliyyət göstərim”.
--> -->