Xəbər lenti

Rəşad Sadıqov "Şerif"lə oyundan sonra dopinq-testdən keçirilib
İdman19:30 30.08.2018

Rəşad Sadıqov "Şerif"lə oyundan sonra dopinq-testdən keçirilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Moldova "Şerif"i ilə Avropa Liqasının "play-off" mərhələsinin cavab görüşündən sonra da diqqət mərkəzinə düşüb.
"Report"un məlumatına görə, 36 yaşlı müdafiəçi bu dəfə dopinq-test otağına aparılıb.
O, dopinq yoxlamasına dəvət olunub.
Qeyd edək ki, Rəşad Sadıqov əvvəlki 3 oyunda bəzi azarkeşlərin tənqidləri ilə üzləşib. Fanatlar onun zəif çıxış etdiyini bildirərək, karyerasını bitirməsinin gərəkliyini dilə gətiriblər.