Azərbaycan millisinin sabiq kapitanı Rəşad Sadıqov Türkiyədə rəmzi komandaya düşüb.
Qaynarinfo xəbər verir ki, "TRT Spor”un versiyasına əsasən, Sadıqov "Kocaelispor” klubunun tarixinin ən yaxşı legionerlərindən ibarət yığmasında yer alıb.
R.Sadıqov futbolçu kimi 2008-2009-cu mövsümündə həmin dövr Türkiyə superliqasında yarışan "Kocaelispor”da oynayıb. O, bu komandanın azarkeşləri tərəfindən mübariz və əzmkar oyununa görə "Terminator” ləqəbi alıb.
Sadıqov 2020-ci ildə futbolçu karyerasını başa vurub. Bir müddət sonra o, hazırda da çalışdırdığı "Zirə” klubunun baş məşqçisi olunub.
Şərhlər