Xəbər lenti

Rəşad Sadıqov:
İdman 20:42 01.02.2023

Rəşad Sadıqov: "VAR-la bağlı suallar var, qarışıqlıq çoxdur"

2"VAR-la bağlı çox suallar var, qarışıqlıq çoxdur".

"Report”un məlumatına görə, bunu "Zirə”nin baş məşqçisi Rəşad Sadıqov "Neftçi”yə 0:1 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının XX tur oyunundan sonrakı mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis müdafiəçi Vild Donald Geryenin 75-ci dəqiqədə qırmızı vərəqə aldığı epizodla bağlı etirazını bildirib: "Həmin epizodda hakimə sualım var idi. Əgər epizod sarı vərəqədirsə, hakim çağırılmır. Ötən matçda hakim potensial qırmızı vərəqəyə görə çağırıldı, sarı vərəqə verdi. Bunu anladıq. Bugünkü matçda isə epizod sarı vərəqə idi. Hakim VAR-a niyə çağırıldı? Potensial qırmızılıq hərəkət olsaydı, razılaşardım. Mənim əsas etirazım ilk epizodumuz idi, rəqibin qapısına penalti verilmədi. Nədənsə VAR susdu".

O, cari mövsüm futbolçularının 6 dəfə qırmızı vərəqə almasını intizamsızlıq saymayıb: "İntizamsızlıq deməzdim, ehtiyatsızlıq anlamına gəlib çıxır. Qırmızı vərəqələrin çoxu ehtiyatsız davranışına görə idi. Yeganə intizamsız davranış Coşqun Diniyevin hərəkəti sayılırdı. Ancaq orada da hamı etiraf etdi ki, qırmızı vərəqəlik hərəkət deyildi. Ancaq biz azlıqda qaldığımız matçlarda da sona qədər mübarizə aparmağı bacarırıq”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->