Xəbər lenti

Rəsmi Moskva Azərbaycanın məhsulunu niyə sərhəddən buraxmır? - Ekspert
Ölkə08:24 08.06.2016

Rəsmi Moskva Azərbaycanın məhsulunu niyə sərhəddən buraxmır? - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Rusiyanın hakimiyyət mənsubları bir ağızdan deyirlər ki, Azərbaycanla ticarət həcminin artırılmasında maraqlıdırlar. Bu yaxınlarda Bakıya səfər edən Dağıstanın rəhbəri Ramazan Abdulatipov da eyni sözləri dedi. Ancaq əvəzində biz nə görürük? Azərbaycanın kənd təsərrüfatı məhsulları Rusiya ilə sərhəddə, elə həmin Dağıstanda saxlanılır. Beləliklə, tez xarab olan mallar günlərdə saxlanılır və ciddi səbəb göstərilmədən geri qaytarılır". 

Qaynarinfo.az xəbər verir ki, bu sözləri yaranmış problemlə bağlı  politoloq Elxan Şahinoğlu öz şərhində deyib.

Elxan Şahinoğlu sözlərinə görə, Azərbaycanın kənd təssərrüfatı mallarını ekspertizadan Dağıstanda yox, Moskvada keçirirlər: "Azərbaycanlı fermerlər həftələrlə oturub, ekspertizadan cavab gözləməlidirlər. Məhz belə uzatmalar səbəbindən tonlarla pomidor sərhəddə zay olub".

Ekspert bildirib ki, rus gömrükçülərinin bir başqa ittihamı ondan ibarətdir ki, guya həmin pomidorlar Türkiyənindir, qardaş ölkə Azərbaycan üzərindən Rusiyaya mal daşımaq istəyir:

"Rusiyanın isə Türkiyə mallarına qarşı sanksiya qərarı var. İndi biz Rusiya gömrükçülərinə necə sübut edək ki, pomidorlar Azərbaycanda yetişdirilib?

Məgər bilmirlər ki, vaxtilə Moskva və Sankt-Peterbuq kimi nəhəng şəhərlərin pomidora olan ehtiyacını tək elə Lənkəran rayonu ödəyə bilərdi? Demək ki, Moskvanın bizə inamı yoxdur. Çətin olsa da, alternativ bazarlar axtarmalıyıq".

Qafqaz Rafiqoğlu

Qaynarinfo.az