Xəbər lenti

Rəsmi Moskvanın Ərdoğana cavabı gecikmədi: "Bunu qəbul etmirik..."
Dünya11:18 31.01.2020

Rəsmi Moskvanın Ərdoğana cavabı gecikmədi: "Bunu qəbul etmirik..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, "Rusiya nə Soçi, nə də Astana razılaşmalarına sadiq deyil", açıqlamasına rəsmi Moskva münasibət bildirib.
Qaynarinfo xəbər verir ki, Kreml sözçüsü Dmitri Peskov keçirdiyi mətbuata konfransında Ərdoğanın bu ittihamlarını qəbul etmədiklərini ifadə edib.
"Bunu qəbul etmirik. Rusiya İdlibdə gərginliyi azaltmaqla bağlı Soçi razılaşmasının şərtlərini tamamilə yerinə yetirir. Təəssüf ki, bu bölgə çox sayda terrorçunun bir yerə toplaşdığı yer olaraq qalmaqda davam edir. Terrorçular Suriya hökumət qüvvələri ilə yanaşı buradakı Rusiya bazalarına da davamlı şəkildə hücum edirlər. Vəziyyətdən olduqca narahatıq", - deyə Peskov bildirib.
Camal