Xəbər lenti

Foto 09:48 05.04.2024

Respublika liseyində "Qarabağ SİZSİZ..." kitabının təqdimatı keçirildi (FOTO)

Aprel döyüşlərinin ildönümündə fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində 3 cildlik "Qarabağ SİZSİZ..." adlı kitabın təqdimatı keçirilib.

Qaynarinfo xəbər verir ki, liseyin IX  sinif şagirdləri şəhidlərimizin xatirəsini əziz tutaraq bir ilkə imza atıblar. 

Məktəbin tarix müəllimi Günay Şərifzadənin təşəbbüsü və rəhbərliyi altında şagirdlər şəhidlər haqqında ətraflı məlumat toplayaraq onları  yaxından tanımaqla yanaşı, həm də bu məlumatları digər  həmyaşıdlarına təqdim etməyi bacarıblar. Aprel, Tovuz döyüşlərinin, eləcə də 44 günlük Vətən müharibəsi şəhidlərinin həyatını, döyüş yolunu öyrənməyi şagirdlər özlərinə borc biliblər. Onlar topladıqları  məlumatlar əsasında  3 cildlik "Qarabağ  SİZSİZ...” kitabını ərsəyə gətiriblər. Kitabda bütün şəhidlər haqqında məlumat öz əksini tapıb.

Tədbirdə bir çox şəhid qəhrəmanların ailə üzvləri, qazilər çıxış edərək kitabın əhəmiyyətindən söz açıb, əziyyəti keçənlərə təşəkkürlərini bildirdilər. Məktəbin müəllim və şagirdləri isə verilən dəyərə görə gələn qonaqlara minnətdarlıqlarını bildirdilər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->