Xəbər lenti

Respublikaçı Tim Skott ABŞ prezident seçkilərindən geri çəkildi
Dünya08:48 13.11.2023

Respublikaçı Tim Skott ABŞ prezident seçkilərindən geri çəkildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cənubi Karolinadan olan respublikaçı senator Tim Skott ABŞ prezidentliyinə seçki yarışında iştirakdan iimtina etdiyini elan edib. Onun sözlərinə görə, seçicilər ona başa salıblar ki, indi seçki yarışında iştirak etmək vaxtı deyil.
Qaynarinfo xəbər verir ki, bu barədə senator Fox News telekanalı deyib.
"Mən seçki kampaniyamı dayandırıram. Düşünürəm ki, seçicilər, planetin ən gözəl insanları, mənə "İndi yox, Tim” dediklərini həqiqətən aydın şəkildə  göstərdilər. Mən onların "yox” dediklərini düşünmürəm, amma düşünürəm ki, "hazırda yox”  deyirlər”, - Tim Skott bildirib. 
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. Respublikaçılar partiyasının namizədliyi uğrunda Donald Tramp, Florida qubernatoru Ron DeSantis, iş adamı Vivek  Ramasvami, ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli və Nyu-Cersi ştatının keçmiş qubernatoru Kris Kristi mübarizə aparır. Tramp respublikaçılar arasında reytinqə görə  liderdir. ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens,  Şimali Dakota ştatının qubernatoru Duq Burqum və Arkanzasın keçmiş qubernatoru Asa Hatçinson artıq seçki yarışını tərk ediblər. Demokratlar  partiyasından namizəd hazırkı prezident Co Baydendir. New York Times/Siena Kollecinin  sorğusu göstərir ki, Co Bayden əsas altı ştatın beşində seçkilərdəki rəqibi Donald Trampdan geri qalır. 
Nizami Bağırov