ABŞ-da Respublikaçı tərəfdarlar Demokratlar tərəfdarlarından daha çox COVID-19 peyvəndinin yan təsirləri barədə məlumat verirlər.
Qaynarinfo xəbər verir ki, bunu "JAMA Network Open" jurnalında dərc olunan araşdırma göstərib.
Alimlər 2020-ci ildən 2022-ci ilə qədər toplanmış peyvəndin yan təsirləri ilə bağlı 620 mindən çox məlumatı təhlil ediblər. Məlum olub ki, əksəriyyətin Respublikaçılar Partiyasına səs verdiyi Amerika ştatlarında Demokratik ştatlara nisbətən COVID-19 peyvəndinin yan təsirləri barədə daha çox məlumat var.
Respublikaçılar Partiyasının bir çox nüfuzlu üzvləri peyvənd əleyhinə hərəkatın fikirlərini bölüşürlər. Bu da eyni fikirlərin sadə vətəndaşlar arasında yayılmasına kömək edir. Alimlər qeyd ediblər ki, problem partiyanın özündə deyil, siyasi qütbləşmədədir. Bunun heç kimə faydası yoxdur və insanların sağlamlığını lazımsız risk altına qoyur: Statistika göstərir ki, pandemiya zamanı daha çox seçicinin Respublikaçılar Partiyasına səs verdiyi ştatlarda koronavirusdan ölüm halları daha çox olub.
Aydın
Şərhlər