57 yaşlı Stiv Skaliz ABŞ Nümayəndələr Palatasının (Konqresin aşağı palatası) spikeri vəzifəsinə namizəd olub.
Bu barədə Qaynarinfo CNN-ə istinadən xəbər verir.
Nəşrin mənbələrinin qeyd etdiyi kimi, səsvermənin nəticələrinə görə, Stiv Skaliz 113, onun rəqibi, Trampın tərəfdarı Cim Cordan isə 99 səs toplayıb.
İndi ABŞ Nümayəndələr Palatasının yeni spikeri olmaq üçün Skaliz Konqresin aşağı palatasında səslərin çoxunu (217 səs) almalıdır.
Qeyd edək ki, Kevin Makkartinin istefasından sonra Skaliz Nümayəndələr Palatasının spikeri postuna əsas namizəd olub. O, Nümayəndələr Palatasında 2 nömrəli respublikaçıdır.
Skaliz Makkartidən daha mühafizəkardır. O, həmçinin Ukraynaya Rusiya ilə müharibədə yardım etməyi dəstəkləyir.
O, spiker vəzifəsinə seçilərsə 2025-ci ilin yanvarına qədər bu vəzifəni icra edəcək.
Xatırladaq ki, Makkarti oktyabrın 3-də Nümayəndələr Palatasında keçirilən səsvermə nəticəsində vəzifəsindən azad edilib.
Nizami Bağırov