Kolorado ştatının Respublikaçılar partiyası çərşənbə günü Kolorado Ali Məhkəməsinin keçmiş prezident Donald Trampı ştatın ilkin seçkilərində iştirak etmək hüququndan məhrum etməsindən sonra ABŞ Ali Məhkəməsinə müraciət edib.
Qaynarinfo xəbər verir ki, "Reuters” Respublikaçılar qrupunun vəkilinə istinadən məlumat
yayıb.
Apelyasiya şikayəti dekabrın 19-da Kolorado Ali Məhkəməsinin Trampı 2021-ci il yanvarın 6-da tərəfdarları tərəfindən Kapitoliyə hücumda iştirakına görə diskvalifikasiya etməsindən sonra verilib. Məhkəmə ABŞ konstitusiyasının müddəasına (qiyama və ya iğtişaşlara qarışmış istənilən şəxs dövlət vəzifəsi tuta bilməz) əsasən Trampa dövlət vəzifəsi tutmağı qadağan edib.
Kolorado Respublika partiyasını "Amerika hüquq və ədalət mərkəzi” hüquq firmasından Cey Sekulu təmsil edir.
Kolorado Ali Məhkəməsinin qərarından Trampın öz apelyasiya şikayətini verəcəyi gözlənilir.
Nizami Bağırov