ABŞ Konqresinin Nümayəndələr Palatasındakı respublikaçıların əksəriyyəti prezident administrasiyasının Ukrayna və İsrailə birləşdirilmiş yardım paketi təqdim etmək ideyasını dəstəkləmir.
Qaynarinfo xəbər verir ki, bu barədə NBC müxbirləri respublikaçılardan rəy
öyrəniblər.
Konqresmen Maykl Berkes telekanalın jurnalisti ilə söhbətində bildirib ki, yardım ilk növbədə İsrailə verilməlidir. Konqresmen Markori Teylor Qrin qeyd edib ki, İsrail və Ukraynaya dəstək bir-biri ilə əlaqələndirilməsi lazım olmayan məsələlərdir. Qrin ümumiyyətlə Kiyevi dəstəkləməyin əleyhinədir.
Oktyabrın 10-da NBC və "The Washington Post" yazıblar ki, Ağ Ev Ukraynaya dəstəyi oktyabrın 7-də HƏMAS silahlılarının hücumuna məruz qalan İsrailə təcili yardım paketi ilə birləşdirməyi düşünür. Ukrayna prezidenti Volodimir Zelenski Fələstin-İsrail münaqişəsinin gərginləşməsinin dünya ictimaiyyətinin diqqətini Ukraynadan yayındıra biləcəyindən ehtiyat etdiyini bildirib.
Nizami Bağırov