ABŞ Nümayəndələr Palatasında bir qrup respublikaçı Ağ Evi Ukraynanın Amerikanın uzaqmənzilli silahlarından, xüsusən də ATACMS raketlərindən Rusiya ərazisinin dərinliklərində istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb.
Qaynarinfo xəbər verir ki, müvafiq bəyanat Xarici əlaqələr komitəsinin saytında dərc
edilib.
Müraciəti Xarici əlaqələr komitəsinin sədri Maykl Makkol, Silahlı qüvvələr komitəsinin sədri Mayk Rocers, Daimi Kəşfiyyat komitəsinin sədri Mayk Törner, Xarici əlaqələr komitəsinin Avropa məsələləri üzrə sədri Tom Kin, Müdafiə Təxsisatları üzrə sədri Ken Kalvert və Helsinki Komissiyasının komissarı Riçard Hadson imzalayıb.
Onlar Ağ Evi Ukraynanın Amerikanın uzaqmənzilli silahlarından, xüsusən də ATACMS raketlərindən Rusiya ərazisinin dərinliklərində istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırırlar.
"Bayden-Harris administrasiyasının tətbiq etdiyi mənasız məhdudiyyətlər, kritik silahların təsdiqi və çatdırılmasında uzunmüddətli ləngimə Ukraynanın bu müharibəni qalibiyyətlə yekunlaşdırmağa mane olur... Administrasiyanın kursu dəyişməsinin və Ukraynanın Rusiya ərazisindəki qanuni hərbi hədəflərə qarşı Amerika silahlarından istifadəsinə hələ də qalan məhdudiyyətləri aradan qaldırmağın vaxtı çatıb”, - Konqres üzvləri bildiriblər.
Onlar qeyd ediblər ki, mövcud status-kvo ilə rusiyalıların silahlarını təhlükəsiz saxlaya və Ukrayna ərazisinə oradan hücum edə biləcəkləri "mühafizə zonası” yaranır.
Müraciəti imzalayanlar Rusiyanın Xarkov vilayətində yay hücumu fonunda Amerika silahlarının yaxın sərhəddə isifadəyə icazə verilməsi ilə bağlı qəbul edilən qərarı alqışlayıblar, lakin bunun çox gec olduğunu və Ukraynanın bu fürsəti daha əvvəl əldə etdiyi təqdirdə Xarkov hücumunun ümumiyyətlə baş verməyəcəyini və bu, Kiyevə şərqdə ən çətin istiqamətlərində böyük qüvvələr saxlamaq imkanı verəcəyini vurğulayıblar.
Onlar qeyd ediblər ki, Müharibənin Tədqiqi İnstitutunun hesablamalarına görə, hələ də 200-dən çox potensial hədəf ATACMS raketlərinin diapazonunda qalır.
Konqres üzvləri həmçinin qeyd ediblər ki, "eskalasiya qorxusu” mənasız olub və bu, xüsusən də Ukraynanın Rusiya Federasiyasının Kursk vilayətində keçirdiyi əməliyyatla təsdiqlənib.
Konqresmenlər həmçinin ABŞ-ın Britaniya və Fransanın təhvil verdikləri silahlara qoyulan "məsafə” məhdudiyyətləri aradan qaldırmaq qərarını rədd etməsi ilə bağlı mediada yayılan xəbərlərdən məyus olduqlarını bildiriblər.
"Bayden-Harris Administrasiyasının müttəfiqlərimizin Ukraynaya F-16 qırıcılarını təqdim etməsinə icazə verməsi ilə bağlı biabırçı süründürməçiliklə olduğu kimi, indi də Administrasiya daha qətiyyətli müttəfiqlərimizi Ukraynaya qalib gəlməyə kömək etməkdən çəkindirir... Rusiyanın Ukraynaya qarşı cəzasızlıqla hərbi cinayətlər törədə biləcəyi təhlükəsiz bir yeri olmamalıdır ”, - onlar bildiriblər.
Nizami Bağırov
Şərhlər