Xəbər lenti

Restoranda dava: “Qanuni oğru”nu döydülər
Dünya20:09 20.03.2013

Restoranda dava: “Qanuni oğru”nu döydülər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şam yeməyi dava ilə qurtarıb

Rusiyanın Sankt-Peterburq şəhərində “qanuni oğru”ların şam yeməyi dava ilə sonuclanıb. Nəticədə “qanuni oğru” Qori Piterski döyülüb.

Rusiya mətbuatının məlumatına görə, Sankt-Peterburdakı restoranlardan birində 3 “qanuni oğru” görüşüb. Ancaq söhbət istənilən kimi alınmayıb və dava düşüb. Döyülən “qanuni oğri” “Qori Piterski” ləqəbli Georgi Canelidzedir. Onu döyənlər isə Quram Çixladze və “Osetirin” ləqəbli Sergey Asatryan olub.

Onların hər üçü gənc nəsil “qanuni oğru”lara aid edilir. Dava nəticəsində Qori Piterski xəstəxanaya aparılıb. Bu hadisəyə isə təkcə polis yox, həm də klan qiymət verəcək.

“Qanuni oğru”ya əl qaldıranların cəzasını vermək üçün klan toplanacaq. /AzNews.az/