Xəbər lenti

Rəsul Quliyevin ailəsi 30 ildən sonra Bakıda (FOTO)
Foto 21:22 12.10.2025

Rəsul Quliyevin ailəsi 30 ildən sonra Bakıda (FOTO)

Milli Məclisin sabiq sədri Rəsul Quliyevin ailəsi 30 ildən sonra ilk dəfə Bakıya gəlib.

"Qafqazinfo” xəbər verir ki, bu barədə sabiq spikerin qızı Xanım Hənna feysbuk hesabında məlumat yayıb.
Ətraflı

O bildirib ki, səfərin ilk günü Ümummilli lider Heydər Əliyev, həyat yoldaşı Zərifə Əliyeva, digər dövlət xadimləri, ziyalıların məzarlarını ziyarətlə başlayıblar.

Eks-spikerin qızı ardınca Şəhidlər xiyabanına gedərək şəhidlərin xatirəsini yad etdiyini söyləyib.

"Dünyanın öndə olan paytaxt şəhərlərindən bizim paytaxtımız heç də geri qalmır. Başda müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev olmaqla, hər kəsə dərin təşəkkürümüzü bildiririk. Təşkil olunmuş yüksək qonaqpərvərliyə görə isə ayrıca minnətdarıq. Hər bir azərbaycanlı kimi fəxr edirik ki, biz azərbaycanlıyıq”, – Xanım Hənna əlavə edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->