Xəbər lenti

Rəsulzadənin nəvəsi: “Ən qısa vaxtda o parka getmək istəyirəm...”
Ölkə07:30 05.02.2020

Rəsulzadənin nəvəsi: “Ən qısa vaxtda o parka getmək istəyirəm...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Türkiyədə Rəsulzadənin adının parka verilməsinə çox sevindim”.
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə deyib. O, ən qısa müddətdə həmin parkı gəzmək fikirində olduğunu qeyd edib:
"Elə indicə sosial şəbəkə vasitəsi ilə məlumat aldım, oxudum, çox sevindim. Çox sağ olsunlar, bu addımı atanlara təşəkkür edirəm. Ən qısa vaxtda İstanbula Turqutluya gedəcəyəm. Həmin parkı gəzmək, havasını udmaq lazımdır”.
Rəis Rəsulzadə Məhəmməd Əmin Rəsulzadənin adının Azərbaycanda da hər hansı parka verilməsini arzu etdiyini deyib.
Qeyd edək ki, Türkiyədə Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin adının parka veriləcəyi ilə bağlı qərar verilib.
Bahar Rüstəmli