Xəbər lenti

Reuters: Avropa Rusiyaya qarşı hansı sanksiyaları yumşaltmaq istəyir?
Dünya10:21 15.07.2022

Reuters: Avropa Rusiyaya qarşı hansı sanksiyaları yumşaltmaq istəyir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa Komissiyası bu gün Rusiya Federasiyasına qarşı sanksiyalara dəyişiklik etməyi planlaşdırır ki, onlar taxıl və ərzaq ixracına mane olmasın. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” mənbələrə istinadən məlumat yayıb.
Bununla belə, yeni sanksiyalar paketinə qızıl, kimya və mühəndislik daxildir.
Vurğulanır ki, Brüssel Rusiya qızılının Avropa İttifaqına, eləcə də üçüncü ölkələr vasitəsilə idxalını qadağan etmək istəyir.
Bundan əlavə, AK hərbi məqsədlər üçün istifadə edilə bilən malların, o cümlədən kimyəvi maddələrin və mexanikanın idxalına yeni məhdudiyyətlər təklif etmək niyyətindədir.
Bundan əvvəl məlum olub ki, Aİ Ukraynada keçirilən müharibə ilə əlaqədar ayrı-ayrı rusiyalılara qarşı sanksiyaları ləğv etməyi nəzərdən keçirir. Bu ərəfədə ABŞ Rusiya Federasiyasına sanksiya təzyiqlərini də yumşaldır.
Alpər