Xəbər lenti

“Reuters”: “Mariupol bir neçə günə rusların əlinə keçə, burada Buçadan da pis ola bilər”
Dünya09:20 20.04.2022

“Reuters”: “Mariupol bir neçə günə rusların əlinə keçə, burada Buçadan da pis ola bilər”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mariupoldakı Ukrayna qüvvələrin komandirindən müraciət: Son günlərimizdir...
Mariupolda mühasirədə qalan Ukrayna qüvvələri onlar üçün sonun yaxınlaşdığını bildirib və buna görə də ərazidən çıxarılmaları üçün müraciət edib. 
Qaynarinfo "Aljazeera” saytına istinadla xəbər verir ki, bu barədə Mariupoldakı qüvvələrin komandanı Facebook paylaşımında bildirib. 
"Düşmən bizdən 10 dəfə çoxdur. Biz dünya liderlərinə müraciət edir və xahiş edirik ki, bizə kömək edin. Onlardan çıxarılma qaydasından istifadə edib bizi üçüncü bir dövlətə aparmalarını xahiş edirik”, - 36-ci dəniz briqadasının komandiri Sergey Volnya qeyd edib.  
Döyüşçülərdən əlavə mühasirədəki "Azovstal” zavodunun yeraltı tunellərində yüzlərlə mülki şəxsin gizləndiyi bildirilir. 
Rusiya tərəfi ərazidə 2500 ukraynalı və 400 xarici döyüşçünün olduğunu, Ukrayna tərəfi isə 1000-dən artıq mülki insanın ərazidə qaldığını bildirir. 
Qeyd edək ki, "Reuters” agentliyi adının çəkilməsini istəməyən Avropalı rəsminin sözlərinə istinadən Mariupol şəhərinin bu günlərdə tamamilə rusların əlinə keçə biləcəyini yazıb. 
"Qorxuram ki, burada Buçadan da pis olacaq. Mayın 9-na Putin Mariupolu aldıqlarını elan edə bilər. Fikrimcə, Mariupol bir neçə günə onların tam nəzarətinə keçə bilər”, - anonim Avropa rəsmisi Amerika müxbirlərinə deyib.
Nurlan Hüseynov