Xəbər lenti

Reuters: Rusiya neft tankerləri dənizlərin ortasında qalıb, müştəri tapa bilmir
Dünya06:16 25.05.2022

Reuters: Rusiya neft tankerləri dənizlərin ortasında qalıb, müştəri tapa bilmir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Reuters” "Vortexa” analitik şirkətinin məlumatlarına istinadən yazır ki, dənizdə tankerlərdə olan təxminən 62 milyon barel Rusiyanın "Urals” nefti alıcı tapa bilmir.
Qaynarinfo Rosbalt-a istinadla xəbər verir ki, hazırda dənizdə Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlamazdan əvvəlkindən üç dəfə çox neft var və tələb olunmamış tankerlərin sayı onların ümumi sayının 15%-nə qədər - "rekord” həddə çatır.
Analitiklərin hesablamalarına görə, Rusiya neftinin ixracı bu ilin fevralında gündəlik 7,9 milyon barelə qarşı may ayına qədər 6,7 milyon barrelə düşüb. Ən çox xammal Çin və Hindistana göndərilir.
Xatırladaq ki, bir müddət əvvəl Çinin Şərqi Sibirdə istehsal olunan Rusiya ESPO neftinin idxalını artırdığı bildirilmişdi. Həmçinin xəbərlər var ki, "Rosneft” və "Qazprom Neft” son bir neçə həftə ərzində Rusiya neftini Asiyadakı alıcılara çatdırmaq üçün "Sovcomflot”a məxsus tankerləri sifariş edib.
Alpər