Xəbər lenti

Dünya 10:58 09.12.2024

"Reuters": Türkiyə Suriya müxalifətinin hücum planını altı ay əvvəldən bilib

İki gün əvvəl Dəməşqdə hakimiyyəti ələ keçirən silahlı Suriya müxalifəti altı ay əvvəl Türkiyə tərəfini Suriyanın rəsmi hakimiyyətinə qarşı genişmiqyaslı hücuma başlamaq niyyəti barədə məlumatlandırıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” məlumat yayıb.

"Suriya müxalif qrupları... təxminən altı ay əvvəl Türkiyəni böyük hücum planları barədə məlumatlandırıblar və hesab ediblər ki, onun səssiz razılığını alıblar”, - xəbər agentliyinin materialında deyilir.

Eyni zamanda, Birləşmiş Ştatlar bəyan edib ki, Vaşinqton Ankaranın silahlı Suriya müxalifətinin Ərəb Respublikasının şimalında yerləşən Hələb bölgəsinə hücum planlarına "səssiz razılıq verməsi”ndən xəbərsizdir.

Suriya müxalifətinin hücumu iki həftə əvvəl, noyabrın 27-də İdlib və Hələb əyalətlərində başlayıb. Dekabrın 8-də səhər saatlarında hökumət əleyhdarı Suriyanın paytaxtı Dəməşqə daxil olub, bundan sonra prezident Bəşər Əsəd rejiminin süqutunu elan ediblər. Əsəd istefa verib və ölkəni tərk edərək Rusiyaya gedib və orada sığınacaq alıb. Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali müxalifətlə danışıqlar apardığını və hakimiyyətin dinc yolla ötürülməsini təşkil etmək niyyətini açıqlayıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->