Ukrayna Avropa İttifaqına daxil olmaq üçün əlavə şərtlərə məruz qala bilər.
Qaynarinfo
xəbər verir ki, bu barədə üç mənbəyə istinadən Reuters agentliyi məlumat yayıb.
Hazırda Avropa Komissiyası Kiyevin səylərini və ölkənin Avropa İttifaqına üzvlük istiqamətində irəliləyişini analiz edir. AK qərarını noyabrın 8-də verəcək. Eyni zamanda, Ukrayna çox güman ki, üzvlük üçün yeni şərtlər irəli sürəcək. Onların arasında rüşvətxorluğa qarşı mübarizə tədbirləri, həmçinin Macarıstan hakimiyyətinin əvvəllər israr etdiyi Ukraynada azlıqların hüquqları məsələsinin həlli də var.
Hələ oktyabr ayında Budapeşt bəyan etmişdi ki, Ukrayna hakimiyyəti Transkarpat macarlarına qarşı "ayrı-seçkilik” qanunlarını, yəni Ukrayna ərazisində milli azlıqların dilindən istifadəni məhdudlaşdıran layihələri ləğv etməyincə, Macarıstan Ukraynanın Aİ-yə üzvlüyünə razı olmayacaq, - "Kommersant” xatırladır.
Bir gün əvvəl Avropa Şurasının konstitusiya hüququ üzrə məşvərətçi orqanı (Venesiya Komissiyası) da milli azlıqlarla bağlı Ukrayna qanunvericiliyinə edilən son dəyişikliklərin əlavə tədbirlər tələb etməsi barədə qərar qəbul edib.
Alpər