"Əl-Qaidə” liderinin öldürülməsindən qəzəblənən Əfqanıstan "Taliban”ının liderləri çərşənbə günü ABŞ-ın pilotsuz təyyarələrinin son hücumuna qrupun cavabı ilə bağlı iclas keçirib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” "Taliban”la əlaqəli üç mənbəyə istinadən məlumat
yayıb.
ABŞ rəsmiləri Ayman əz-Zəvahirinin gizləndiyi yerin eyvanında dayanarkən ABŞ pilotsuz təyyarəsindən atılan raketlə öldürüldüyünü bildirib.
Lakin "Taliban” Zəvahirinin ölümünü hələ ki rəsmi olaraq, təsdiqləməyib. Uzun müddətdir Əl-Qaidə ilə müttəfiq olan islamçı qrupun rəsmiləri əvvəlcə dron hücumunu təsdiqləsələr də, sonradan hədəfə alınan evin boş olduğunu bildiriblər.
Kabildəki yüksək rütbəli "Taliban” lideri Reuters-ə deyib:
"Bu pilotsuz təyyarə hücumuna cavab verib-verməmək barədə çox yüksək səviyyələrdə görüşlər olub. Cavab vermək qərarına gəlincə, müvafiq cavabın necə olacağı məlum deyil”.
M.Arif