Müasir dünyada ən geniş yayılmış xəstəliklərin siyahısında ürək-damar sistemi ilə bağlı problemlər ön sırada dayanır. Ümumdünya Səhiyyə Təşkilatının rəsmi statistikasında da insan ölümlərinin əsas səbəblərindən biri kimi məhz ürək xəstəlikləri göstərilir.
Məntiqi yanaşsaq, ürəyin öz sahibinə belə sədaqətsiz olmasını anlamaq o qədər də çətin deyil. Düzgün qidalanmırıqsa, hərəkətsiz oturaq həyat tərzi keçiririksə, ekoloji problemlərlə üzləşiriksə, ürəyin düşməni olan siqareti ürəyimizin başında gəzdiririksə, səhərlər 5-10 dəqiqə idman etməyə tənbəllik ediriksə, ən kiçik məsafələri belə, avtomobillə qət etməyə üstünlük veririksə, ürək bu həyat tərzinə necə dözsün?
Ürəyin qayğısına vaxtında qalmaq, döyüntülərinə diqqətlə qulaq asmaq onun sahibinin borcudur. Axı o, istirahətsiz və fasiləsiz öz sahibini yaşadır. Bu həyati vacib funksiyanı yerinə yetirdiyinə görə heç olmasa ürəyimizi sevindirmək üçün onun sevdiyi qida məhsullarını rasionumuza daxil etsək o da bizlərdən imtina etməz.
Modern.az saytı ürəyi qoruyan 7 qida məhsulu haqda bilgiləri təqdim edir.
1. Gününüzü dadlı və faydalı yulaf sıyığı ilə başlayın. Yulaf omeqa 3 yağ turşusu, kalium və fol turşusu ilə zəngindir. Həmçinin yulaf sıyığı sellülozla zəngindir ki, bu xolesterinin səviyyəsini aşağı salır və damarları təmizləyir.