Xəbər lenti

Reznikov: İranın Rusiyaya verdiyi “Şahid”lərin “səsini kəsməyi” öyrənmişik
Dünya09:50 29.09.2022

Reznikov: İranın Rusiyaya verdiyi “Şahid”lərin “səsini kəsməyi” öyrənmişik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna artıq İranın pilotsuz təyyarələri ilə bağlı məsələni həll edir və Ukrayna Hərbi Hava Qüvvələri onları necə "susdurmağı” öyrənib.
Qaynarinfo xəbər verir ki, bu sözləri Ukraynanın müdafiə naziri Aleksiy Reznikov "İnterfaks-Ukrayna” https://interfax.com.ua/news/interview/861861.html agentliyinə müsahibəsində deyib.
"Biz artıq bunu (İranın pilotsuz təyyarələr problemi - red.) həll edirik. Bəli, xoşagəlməz haldır, lakin hətta unikal hava hücumundan müdafiə sistemləri də səmanı 100 faiz əhatə etməyə zəmanət vermir. Hərbi Hava Qüvvələrimizin o cür işləyib, bu qədər "Şahid” vurmağına şadam. Bizimkilər onların "səsini kəsməyi” öyrənib.
Xüsusilə bizə silah verməkdən qorxan, lakin yaxşı təcrübəyə malik olan tərəfdaşlarımıza müraciət etdik. Mən onlara dedim ki, biz sizə o PUA-ların hissələrini verəcəyik, onları incələyin və bizə təzyiq sistemləri verin. Silah vermək istəməyən bir sıra ölkələrsə bu təkliflə maraqlandılar”, - nazir bildirib.
Qeyd edək ki, sentyabr ayından etibarən Ukraynanın cənubunda Rusiya ordusu tərəfindən İranın kamikadze pilotsuz təyyarələrindən kütləvi istifadəyə başlanılıb.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin nümayəndəsi Yuri İqnat Ukrayna hərbçilərinin Rusiya tərəfindən buraxılan İran pilotsuz təyyarələrini necə vurduğundan danışıb.
 
Alpər