Xəbər lenti

Reznikov ittihama cavab olaraq mərc təklif etdi: "Sübut olunmasa..."
Dünya05:17 26.08.2023

Reznikov ittihama cavab olaraq mərc təklif etdi: "Sübut olunmasa..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın müdafiə naziri Akeksey Reznikov nazirliyin orduya həqiqətən də qış gödəkçəsi əvəzinə 180 min yay gödəkçəsi təhvil verməsi faktının öz təsdiqini tapacağı halda istefa verəcəyini açıqlayıb. 
Qaynarinfo xəbər verir ki, o, bu barədə "Babel” nəşrinə şərhində bildirib.
"Yox əgər tədarük edilən gödəkçələrin sənədlərdə göstərildiyi kimi qış gödəkçələri olduğu ortaya çıxarsa, o zaman xalq deputatı Anastasiya Radina mandatını təhvil verməli, "Ukrainska pravda”nın jurnalisti Mixail Tkaç isə nəşri tərk etməli və 3 il jurnalistika fəaliyyətini dayandırmalıdır”, nazir əlavə edib. 
O, Ali Radanın Parlament Etika Komitəsi və Jurnalist Etikası Komissiyasını arbitr, Ukraynanın nüfuzlu nəşrlərinin redaksiyalarını isə müşahidəçi qismində dəvət edib.
Xatırladaq ki, jurnalistlər tərəfindən aparılan araşdırmada Ukrayna Müdafiə Nazirliyinin yay gödəkçələrini 30 milyon dollara aldığı bildirilir. Sənədlərdə isə həmin gödəkçələr qış gödəkçələri kimi keçir. Təchizatçı Türkiyə şirkəti olub, onun sahiblərindən biri Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin üzvü, "Xalqın xidmətçisi” partiyasından olan deputatın qohumudur. 
Bu hadisəyə görə Ali Radanın deputatı Anastasiya Radina Müdafiə Nazirliyini və şəxsən Aleksey Reznikovu sərt tənqid edib.
Nizami Bağırov