Xəbər lenti

Reznikov müharibədən sonrakı Rusiya haqqında: "Biz suverenlik paradını görəcəyik"
Dünya09:43 02.05.2023

Reznikov müharibədən sonrakı Rusiya haqqında: "Biz suverenlik paradını görəcəyik"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Ukrayna ilə müharibədə məğlub olması onun dövlət kimi parçalanmasına gətirib çıxaracaq. 
Qaynarinfo xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov aprelin 30-da TSN telekanalına müsahibəsində bildirib.
Onun fikrincə, Rusiya Federasiyası təzyiq altında yaradılmış qeyri-təbii formasiyadır. Bu baxımdan, ABŞ və ya Almaniya kimi həqiqi federal ölkələrdən fərqlənir.
"Mən əminəm ki, onlar özləri milli müstəqil subyektlərə ayrılacaqlar. Təbii ki, Qərb tərəfdaşları bundan bir qədər narahatdırlar, çünki onlar üçün bir nəfərlə danışıqlar aparmaq daha asandır", deyə Reznikov bildirib.
O, əmindir ki, əvvəl-axır dünya ictimaiyyəti müstəqil hissələrə bölünmüş post-Rusiya məkanını qəbul edəcək və normal qəbul edəcək.
Təcavüzkar ölkə onun "suverenliklər paradı” adlandırdığı hissələrə bölünməsini gözləyir.
"Bizlər mütləq suverenlik paradını görəcəyik. Tərəfdaşlar nüvə silahı, onun bir əldə cəmləşməsi üçün həll yolunun necə tapılmasından narahatdırlar", deyə nazir əlavə edib.
Nizami Bağırov