Xəbər lenti

Reznikov Ukraynada münaqişənin bitəcəyi vaxtı proqnozlaşdırdı
Dünya06:04 24.07.2023

Reznikov Ukraynada münaqişənin bitəcəyi vaxtı proqnozlaşdırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynadakı münaqişə NATO-nun 2024-cü ilin iyulunda keçiriləcək növbəti sammitinə qədər bitə bilər. 
Qaynarinfo CNN-ə istinadla xəbər verir ki, bu proqnozu Ukraynanın müdafiə naziri Aleksey Reznikov verib.
Onun sözlərinə görə, eyni zamanda Ukrayna NATO-ya daxil olacaq. "Kim bilir, bəlkə də bu, Ukrayna üçün çox vacib bir gün olacaq. Bu, sadəcə mənim proqnozumdur”, - Reznikov bildirib.
O, əlavə edib ki, Ukrayna lazımi islahatlar üzərində işləməyə davam edəcək, bu isə onun bloka daxil olması prosesinin sadələşdiriləcəyi deməkdir.
Xatırladaq ki, iyulun 11-12-də NATO-nun Vilnüsdə keçirilən sammitində alyansa üzv ölkələr Ukraynaya çoxillik dəstək paketini təsdiqləyib, həmçinin NATO-Ukrayna Şurasının yaradılması və üzvlüyə nail olmaq üçün fəaliyyət planı həyata keçirmədən ölkənin alyansa qoşulmasına icazə verilməsi barədə razılığa gəliblər.
Kommunikedə qeyd olunduğu kimi, Ukrayna "bütün şərtlər yerinə yetirildikdə” və müttəfiqlər arasında razılıq əldə edildikdən sonra NATO-ya üzv olmaq üçün dəvət alacaq.
Alpər