İllik karnavala hazırlıqların sürətlə getdiyi Braziliyada güclü istilər başlayıb və havanın temperaturu bəzi yerlərdə 44C-ə çataraq rekordlar qırır. Bununla əlaqədar Rio-de-Janeyroda bir sıra tədbirlər, xüsusən də karnaval yürüşlərində iştirak edəcək rəqs məktəblərinin bəzi məşqləri ləğv edilir.
Qaynarinfo bu barədə "Der Spiegel"ə istinadən xəbər verir.
Bu il Braziliyada karnaval fevralın 28-dən martın 8-dək keçiriləcək. Yüksək temperaturun yaxın 3-4 gün ərzində də davam edəcəyi gözlənilir. Rio-de-Janeyro meri Eduardo Pais, karnavalın hətta "ekstremal şəraitdə" də ləğv edilməyəcəyini bildirib.
Lakin o, bir neçə milyonu tətilə gələn turistlərə mümkün qədər çox su içməyi və ehtiyat tədbirləri görməyi tövsiyə edib.
Aydın
Şərhlər