Xəbər lenti

RMF: Polşada kütləvi şəkildə yoluxma, insanlar legionellezdən ölürlər
Dünya06:18 30.08.2023

RMF: Polşada kütləvi şəkildə yoluxma, insanlar legionellezdən ölürlər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Polşada legionellezdən yoluxanların sayı artır. 
Qaynarinfo xəbər verir ki, RMF radiosunun məlumatına görə, artıq 150-dən çox insan infeksiyaya yoluxub, 14 nəfər ölüb.
Polşanın cənubunda qeydə alınan epidemiya ölkənin digər bölgələrinə də aktiv şəkildə yayılmağa başlayıb. Belə ki, Kiçik Polşa Voyevodalığında yeni legioner xəstəliyi halları qeydə alınıb.
Daha əvvəl 113 nəfərin yoluxduğu, 8 nəfərin öldüyü bildirilirdi. Polşanın Polsat telekanalı xəbər verir ki, xəstəlik halları Subkarpatiyanın Rzeşov şəhəri yaxınlığında aşkarlanıb. Orada Ukraynaya hərbi yardım üçün əsas logistika mərkəzi kimi istifadə olunan aerodrom yerləşir.
Bu kəskin yoluxucu xəstəlik şiddətli qızdırma, ümumi intoksikasiya, ağciyərlərin, mərkəzi sinir sisteminin və həzm orqanlarının zədələnməsi ilə baş verir. Ehtimal olunan infeksiya mənbəyi şəhərin su təchizatı ola bilər.
Alpər