Xəbər lenti

Robert Tramp vəfat etdi
Dünya05:05 16.08.2020

Robert Tramp vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ prezidenti Donald Tramp 71 yaşlı kiçik qardaşı Robertin öldüyünü açıqlayıb.
Qaaynarinfo xəbər verir ki, onun açıqlamasını Ağ Evin mətbuat xidməti yayıb.
"Ağır bir ürəklə bildirirəm ki, sevimli qardaşım Robert bu gün nur içində vəfat etdi. O, sadəcə mənim qardaşım yox, ən yaxşı dostum idi. Çox darıxacam, amma yenə görüşəcəyik. Onun xatirəsi daim qəlbimdə yaşayacaq. Robert, mən səni sevirəm"- Donald Tramp deyib.
Daha əvvəl NBC teleşirkəti Robert Trampın ciddi xəstəlik səbəbiylə xəstəxanaya aparıldığını bildirmişdi. Mənbələr onun hansı xəstəlikdən əziyyət çəkdiyini demirdilər.