Xəbər lenti

Şröder Zelenskini "Krımı geri almaq" fikrinə görə tənqid etdi
Dünya08:12 03.09.2022

Şröder Zelenskini "Krımı geri almaq" fikrinə görə tənqid etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ukrayna prezidenti Volodimir Zelenskinin Krımı hərbi yolla qaytarmaq fikri mənasızdır, bölgə artıq Rusiyanındır”. 
Qaynarinfo Rosbalt-a istinadla xəbər verir ki, bunu İspaniyanın ABC qəzetinə müsahibəsində Almaniyanın keçmiş kansleri Gerhard Şröder deyib.
"Bu, Honq-Konq məsələsində olduğu kimi, zamanla, olsun ki, 99 ilə deyil, gələcək nəslin qarşısında həll edilə bilən bir məsələdir", - o, Nikita Xruşşovun SSRİ-nin tərkibində olarkən yarımadanın Ukraynaya verilməsini xatırladaraq deyib. 
Avqustun 23-də Krım Platformasının onlayn sammitində Zelenski bildirib ki, Ukrayna "başqa ölkələrlə məsləhətləşmədən düzgün hesab etdiyi hər vasitə ilə” Krımı qaytaracaq. Baş nazir Denis Şmıqal əlavə edib ki, Ukrayna Krımı demilitarizasiya etməyə hazırdır və bunu onunla izah edib: Ukrayna əraziləri bölgə ərazisindən atəşə tutulur və bu, yarımadaya hücumları qanuni edir.
Alpər